MƏDƏNİYYƏT


Finlandiyanın “Eurovision-2015” mahnı müsabiqəsi üzrə milli seçimi başlanır

Bakı, 5 sentyabr (AZƏRTAC). Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsi üzrə Finlandiya milli seçim turuna başlayır.

AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, sentyabrın 8-dən Finlandiyanın UMK milli seçimi müsabiqəsi başlanacaq.

Finlandiyanın YLE yayım şirkəti UMK-nın ölkəni “Eurovision-2015”də təmsil edəcək mahnını seçəcəyini təsdiq edib. Milli seçimin yekun mərhələsi 2015-ci ilin martında olacaq.

“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.