Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Finlandiyanın “Vartsila” şirkətinin prezidenti və İdarə Heyətinin sədri Jaakko Eskoladan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Vartsila” şirkəti adından təbrik edirəm. Prezidentliyinizin növbəti dönəmində biz davamlı sabitlik və təhlükəsizlik şəraitində Azərbaycanın Finlandiya biznesi və sənayesinin əsas tərəfdaşına çevrilməsini arzulayırıq. Həmçinin Azərbaycanın beynəlxalq və Avropa ticarəti sahəsində artan güclü nüfuzu əməkdaşlığın inkişafı üçün gözəl imkanlar açır.

Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, Azərbaycan xalqına isə rifah diləyirəm.

Hörmətlə,

 

Jaakko Eskola

Finlandiyanın “Vartsila” şirkətinin prezidenti və İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin