SİYASƏT
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov bölgədəki son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.
Nazirlər, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, eləcə də bu il yanvarın 11-də imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.