CƏMİYYƏT


Finlər havadan yemək hazırlamağa başlayıblar

Helsinki, 5 avqust, AZƏRTAC

Finlandiyalı alimlər havadakı suyu və karbon anhidridini yeməli zülal qranullarına çevirən qurğu yaradıblar. AZƏRTAC xəbər verir ki, ixtiraçıların fikrincə, yeni cihaz planetimizdə aclıq probleminin həllinə kömək edəcək.

Finlandiyanın Lappeenranta Texnologiya Universitetinin əməkdaşı Yuxa-Pekka Pitkanen deyib: “Praktiki baxımdan bu zülallı yeməyin istehsalı üçün lazım olan bütün inqrediyentlər havada var. Bizim texnologiyanın bazasında hazırlanmış cihazları gələcəkdə səhralarda və Yer kürəsi sakinlərinin aclığa məruz qaldığı başqa yerlərdə quraşdırmaq mümkün olacaq. Bundan əlavə, belə qurğuları evdə quraşdırmaq və ehtiyac yarananda istifadə etmək olar. Ənənəvi kənd təsərrüfatı ilə müqayisədə yemək istehsalının bu metodu əkinçilik məhsullarının yetişdirilməsi üçün xüsusi torpaq və başqa şərtlər tələb etmir. Biz həmin zülalları tam avtomatik rejimdə yetişdirə bilərik və bunun üçün heç bir pestisid və ya zəhərli gübrə tələb olunmur. Bu texnologiya ətraf mühitin çirklənməsinin və parnik qazlarının atmosferə tullanmasının qarşısını almağa kömək edir “.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.