İQTİSADİYYAT


Fintex və startaplar üçün banklarda “Açıq qapı” günləri təşkil olunacaq

Bakı, 10 may, AZƏRTAC

Bakıda keçiriləcək "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə banklarda fintex və startaplar üçün "Açıq qapı" günləri təşkil ediləcək.

ABA-dan AZƏRTAC-a bildirilib ki, həftə ərzində banklarda "Açıq qapı" günləri vasitəsilə fintex və startapların təqdim etdikləri layihələr ilə tanışlıq olacaq, layihələrin maliyyələşdirilməsi imkanlarına baxılaraq, onların maliyyə cəlbediciliyinin artırılması məqsədilə görməli olduqları işlər və biznes planlarında məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.

Fintex və startaplar öz layihələrini 12 banka, o cümlədən "Accessbank", "AG Bank", "Amrahbank", "Azər Türk Bank", "Bank Melli İran Bakı filialı", "Express Bank", "Xalq Bank", "Kapital Bank", "Nikoil Bank", "Rabitəbank", "Turanbank" və "Yapı Kredi Bank (Azərbaycan)"a təqdim edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.