İDMAN


“Fiorentina” klubu “İnter”in yarımmüdafiəçisini transfer edib

Bakı, 17 sentyabr, AZƏRTAC

İtaliyanın "Fiorentina" klubu heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Borxa Valeronun transferini bitirib. 35 yaşlı futbolçu "Fiorentina"ya azad agent kimi qoşulub.

Qeyd edək ki, B.Valero 2012-2017-ci illərdə də "Fiorentina"da oynayıb. O, ötən mövsüm "İnter"də 25 matçda 3 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.