CƏMİYYƏT


Firdovsi Əliyev: Məqsədimiz çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil

Bakı, 9 avqust, AZƏRTAC

Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

“Məqsədimiz çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır. Xəzər dənizini çirkləndirənlərə kifayət qədər vaxt verilib. Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyekt sahibləri isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri qurğular quraşdırmağa başlayıblar. Onlar bilməlidirlər ki, tullantı suları təmizləyici qurğudan keçirildikdən sonra texniki su kimi də istifadə edilə bilər”, - deyə nazir müavini qeyd edib.

F.Əliyev onu da vurğulayıb ki, həyata keçirilən layihələr əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.