CƏMİYYƏT


Firəngiz Əlizadə: 650 min ağac əkilməsi planetimizin xilasına və yaşamaq üçün daha əlverişli olmasına kömək edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi şərəfinə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü simvolik aktdır. Dahi şairin şərəfinə nəinki şeirlər yazılır və musiqi əsərləri yaradılır, habelə yeni həyatın ilk cücərtiləri – ağaclar əkilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, bu, böyük mütəfəkkirin xatirəsinə ən yaxşı hədiyyədir.

Bəstəkar əlavə edib: “Bakının ekologiyasının yaxşılaşdırılması, paytaxtımızda yaşıllıqların artırılması proqramları həmişə bizi sevindirir. Gözlərimizin önündə şəhərimiz gözəlləşir, yolların kənarları, parklar yaşıllaşır. Qeyd edim ki, bu proqramlar, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də həyata keçirilir, hətta bu yaxınlarda biz onun Mərkəzi Parkda ağac əkməsi kadrlarını da gördük. Bu, bizi çox valeh edir və həvəsləndirir”.

Firəngiz Əliyeva vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsü onda heyranlıq hissi doğurub. Böyük məmnuniyyətlə aksiyada iştirak edəcəyini qeyd edən bəstəkar əlavə edib: “Mən planetimizin bir hissəsi olan Azərbaycanın ekologiyasının yaxşılaşdırılması istiqamətində təşəbbüsləri həmişə dəstəkləyirəm, bununla biz planetimizə bu ağır şəraitdə xilas olmaq və yaşamaq üçün daha əlverişli yerə çevrilmək imkanı veririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.