MƏDƏNİYYƏT


Firəngiz Mütəllimova: Bu sevinci bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm

Bakı, 13 noyabr, AZƏRTAC

Otuz ilə yaxındır ki, bu xəbərləri gözləyirdim. Sevinc göz yaşlarımı saxlaya bilmirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xalq artisti Firəngiz Mütəllimova özünün “Instagram” hesabında bildirib.

Xalq artisti daha sonra deyib: “Bu sevinci bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm. Allah bütün əsgərlərimizə cansağlığı versin. Onların valideynləri qarşısında baş əyirəm. Allah bizə tezliklə o torpaqlara getməyi nəsib etsin. Fəxr edirəm ki, Şuşada doğulmuşam.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.