DÜNYA


Fırıldaqçılar estoniyalı nazirin adından saxta “facebook” hesabı açaraq insanları aldadıblar

Tallinn, 21 yanvar, AZƏRTAC 

Estoniyanın sosial müdafiə naziri Kaya İva fırıldaqçıların qurbanı olub.

AZƏRTAC xəbər verir ki, naməlum şəxslər nazirin adından saxta “facebook” hesabı açaraq onun vasitəsilə vətəndaşlara cəlbedici pul kreditləri təklif ediblər. Bu barədə bəyanatla nazirin özü çıxış edib. Nazir fəaliyyət sahəsini dəyişmədiyini və bu “facebook” hesabı ilə heç bir əlaqəsi olmadığını bildirib. O bildirib ki, məsələnin araşdırılması ilə müvafiq qurumlar məşğuldur.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.