CƏMİYYƏT


Firuddin Əliyev: Cəbrayıla buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar VİDEO

Firuddin Əliyev: Cəbrayıla buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar VİDEO

Cəbrayıl, 22 fevral, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar. Hazırda onlara Füzuli rayonu ərazisində də rast gəlinir. Ceyranların təbii hərəkəti, qidalanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır.

AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə reintroduksiya tədbirlərini bu il də davam etdirməyi planlaşdırır: "Azad edilmiş ərazilərə bezoar keçisi, "Qırmızı kitab" növü olan nəcib maralın da buraxılışı nəzərdə tutulub. İl ərzində hansısa yeniliklər, əlavə heyvan buraxılışı olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Ümumiyyətlə, reintroduksiya edilməsi nəzərdə tutulan fauna növləri düşmən tapdağından xilas edilmiş ərazilərdə vaxtilə mövcud olmuş heyvan və balıq növləridir.

Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə təbii populyasiyanın bərpasına dəstəkdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.