CƏMİYYƏT


Firuddin Əliyev: Son dövrlərdə Ağgöl və Şirvan milli parklarına turistlərin diqqəti artıb

Bakı, 5 iyul, AZƏRTAC

Bu gün Şirvan və Ağgöl milli parklarının yaradılması günüdür. Hər iki milli park ölkə başçısının eyni sərəncamı ilə yaradılıb. Şirvan Milli Parkının yaradılması ərazidə mövcud olan ceyranların reintroduksiyası, onların populyasiyasının artırılması, həmçinin burada səhra, yarımsəhra iqlimində olan flora və faunanın qorunması məqsədi daşıyır. Ağgöl Milli Parkı isə su-bataqlıq ərazisi olduğu üçün su-bataqlıq quşlarının mühafizə olunması üçün yaradılıb. Həmçinin Ağgöl Milli Parkı Ramsar Konvensiyasına daxil edilmiş Azərbaycanın ən zəngin su-bataqlıq hövzələrindən biri hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

“Ümumiyyətlə qeyd etmək istəyirəm ki, hər iki milli parkda flora və faunanın mühafizəsindən əlavə, ekoturizm marşrutları da təşkil olunub. Son dövrlərdə hər iki milli parka xüsusilə turistlər tərəfindən diqqət çox artıb. Şirvan Milli Parkında turistlərin əraziyə hərəkəti üçün safari turlar təşkil olunur. Ağgöl Milli Parkında isə quşların müşahidə olunması istiqamətində nöqtələr müəyyən olunub ki, turistlər həmin ərazilərdə Azərbaycanın füsunkar gözəlliklərini müşahidə edə bilsinlər. Həmçinin qeyd etmək istərdim ki, hər iki milli park Azərbaycan ərazisində yaradılmış ilk milli parklar hesab edilirlər”, - deyə F.Əliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.