Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Firudin Nəbiyev: Azərbaycanın qaçqın və məcburi köçkünlərə dövlət qayğısı model kimi digər ölkələrdə istifadə oluna bilər

Cenevrə, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.

Sessiyada BMT-nin baş katibi Pan Gi Mun, qurumun qaçqınlar üzrə ali komissarı Filippo Qrandi açılış nitqi ilə çıxış ediblər.

BMT-nin baş katibi olduğu on il ərzində dünyada qaçqınların sayının iki dəfə çoxalaraq 65 milyona çatdığını bildirən Pan Gi Mun bu böhranın statistik rəqəmlər böhranı deyil, insan həyatını təhlükəyə atan humanitar böhran olduğunu diqqətə çatdırıb.

Natiqlər dünya ölkələrini milli maraqları kənara qoyaraq, getdikcə dərinləşən qaçqın böhranına qarşı qətiyyətli və qlobal tədbirlər görməyə çağırıblar. Sonra yüksək seqmentin iclası başlayıb.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edib.

Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində qəbul olunan "Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi"ni xatırladan F.Nəbiyev qeyd edib ki, Azərbaycan bu bəyannaməni beynəlxalq əməkdaşlıq istiqamətində fundamental addım kimi alqışlayır və zorla didərgin salınma probleminə qarşı qlobal və səmərəli cavab reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində BMT QAK-a ayrılan rolu, eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) həmin tədbir çərçivəsində BMT ailəsinə rəsmən qoşulmasını təqdir edir.

Xidmət rəisi bildirib ki, Azərbaycan hökuməti ilə BMT QAK arasında əməkdaşlıq möhkəm, məhsuldar olaraq qalır və ölkəmiz BMT QAK-ın mandatını və fəaliyyətini ciddi surətdə dəstəkləyir. Sığınacaq və miqrasiya problemləri yalnız beynəlxalq əməkdaşlıq yolu ilə səmərəli şəkildə həll oluna bilər ki, son dövrlərdə bunu əyani şəkildə görmək mümkündür.

Bildirilib ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti, həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) dünyanın müxtəlif yerlərində humanitar yardım üzrə layihələr həyata keçirir, həssas qrupa məxsus olan insanlara humanitar yardım göstərir, habelə səhiyyə, təhsil, enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində potensialların yaradılması proqramlarını təşkil edir. Məqsəd zərər çəkmiş bu cür ölkələrdə BMT-nin “2030 - Davamlı İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə nail olmaqdır.

Miqrasiya Xidmətinin rəisi çıxışında təəssüflə qeyd edib ki, ötən sessiyadan sonrakı dövrdə də dünyada müxtəlif səbəblər - münaqişə, müharibə, təbii fəlakətlər və təqiblər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənib və bunun nəticəsində öz ölkələrini və daimi yaşayış yerlərini tərk etməyə məcbur olan insanların sayı ən yüksək həddə çatıb.

Həll olunmamış münaqişələr yeni qaçqın axını yaratmaqda və evlərinə qayıtmaq istəyən milyonlarla qadınları, kişiləri və uşaqları davamlı qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam edir. Çox vaxt ölüm və işgəncələrdən can qurtaran qaçqın və miqrantları qəbul edən ölkələrdə rəhmlilik, dözümlülük göstərilməkdənsə, ayrı-seçkilik və ksenofobiya göstərilir. Bu, əlbəttə, onların onsuz da ağır vəziyyətini daha da ağırlaşdırır.

F.Nəbiyev həll olunmamış münaqişələr nəticəsində yaranan qaçqın və miqrant axını ilə əlaqədar bildirib ki, Azərbaycan tərəfi bu insanların vəziyyətini yaxşı dərk edir, çünki Azərbaycan özü də işğala məruz qalan ölkədir. 1990-cı illərin əvvəlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanda aparılan etnik təmizləmə, Azərbaycanın 20 faiz ərazisinin işğalı insanların öz doğma yurdlarından didərgin düşmələrinə səbəb olub və bu münaqişə hələ də öz həllini tapmayıb. Bu işğal nəticəsində yaşayış məskənləri, sosial infrastruktur, tarixi, mədəni abidələr, bir sözlə hər şey dağıdılıb, ölkə iqtisadiyyatına külli miqdarda – təxmini hesablamalara görə 500 milyard ABŞ dollarından çox həcmdə ziyan vurulub, insanlar hər şeylərini itiriblər. Sözsüz ki, ən böyük itki müharibədə həyatlarını itirmiş 30 min nəfərədək Azərbaycan vətəndaşıdır.

Ölkədəki qaçqın və məcbur köçkünlərin vəziyyətinə toxunan F.Nəbiyev 10 milyonadək əhaliyə malik, gənc, kiçik bir dövlət olan Azərbaycanın 20 ildən çox müddət ərzində təbii artım hesabına sayı bir milyon 200 mini keçən qaçqın və məcburi köçkünün əsas problemlərini öz üzərinə götürərək həll etdiyini, beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığını, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini bildirib. Qeyd edilib ki, bu insan qrupunun ümumi həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülür. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 95 yaşayış qəsəbəsi salınıb, 50 min ailə 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. İndiyədək onların sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizin milli qanunvericiliyi qaçqın və məcburi köçkünlərlə bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılmış və hətta bəzi məqamlarda daha çox üstün hüquqlar müəyyən edir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, bu kontingentdən olan insanlara dövlət qayğısı və bu problemin vahid mərkəzdən idarə olunmasındakı Azərbaycanın təcrübəsi model kimi digər ölkələrdə istifadə oluna bilər.

Lakin bu insanların böyük bir qisminin bu gün də ağır vəziyyətdə yaşadığını qeyd edən Azərbaycan nümayəndəsi beynəlxalq təşkilatlar və donorların bu məsələyə diqqəti daha da artırmalı və ölkəmizə dəstək verməyi davam etdirməli olduğunu söyləyib.

Daha sonra qeyd edilib ki, dünyada bu sahədə mövcud olan problemlərin həlli üçün ilk növbədə, siyasi maraqlar kənara qoyulmalı, yeni münaqişələrin baş verməməsi üçün ciddi zəmin yaradılmalı və konkret addımlar atılmalıdır. Mövcud münaqişələrin həlli beynəlxalq hüquq normalarına, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalıdır. Həssas insanların problemlərinin həlli istiqamətində dövlətlər bir-biri ilə və beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq qurumlar ilə daha sıx əməkdaşlıq etməlidirlər.

Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, məcburi köçkünlərin hüquqlarının qorunmasına dair Afrika Birliyi çərçivəsində qəbul olunmuş konvensiyaya bənzər hüquqi öhdəliklər daşıyan bir beynəlxalq Konvensiyanın qəbul edilməsi zəruridir.

Qeyd edilib ki, bəzi ölkələrin dünyada mövcud olan qaçqın və miqrasiya problemlərindən öz siyasi maraqları üçün sui-istifadə etməsi böyük təəssüf doğurur. Beynəlxalq tribunalardan çoxlu sayda suriyalı qaçqını qəbul etdiyini bəyan edən Ermənistan, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq, öz ölkəsindən, digər ölkələrdən xüsusi ilə də Suriyadan olan erməni əsilli qaçqınları Azərbaycanın işğal etdiyi ərazilərində yerləşdirməkdə və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirməkdə davam edir. Həmin ərazilərə iki dəfə səfər edən ATƏT-in faktaraşdırıcı missiyası bu cür faktların şahidi olub.

Ermənistan bu gün də atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq mülki əhaliyə, yaşayış məntəqələrinə atəş açılır. 20 ildən çox keçməsinə baxmayaraq, münaqişə həll olunmur, tarixi haqsızlıq davam edir, nüfuzlu beynəlxalq təşkilatların problemlə bağlı qərar və qətnamələri icrasız qalır, ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə vermir.

Xüsusilə qeyd edilib ki, Azərbaycanın üzləşdiyi bu problem təkcə region üçün deyil, bütün dünyaya təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyi aydın, məntiqli və haqlıdır: Azərbaycanın işğal altındakı əraziləri erməni işğalından tam azad olunmalı və məcburi köçkünlərin öz evlərinə ləyaqətlə qayıtmaq hüququ təmin edilməlidir.

BMT-in Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Azərbaycan nümayəndəsinin çıxışından sonra onun fikirlərini dəstəkləyərək bildirib ki, Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycanda dondurulmuş münaqişələrə son qoyulmalı, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri dönmələri təmin edilməlidir.

Həmin gün dünyanın müxtəlif regionlarında qaçqınlara yardım göstərən şəxslər və təşkilatlar üçün təsis edilmiş “Nansen qaçqın mükafatı”nın təqdimetmə mərasimi keçirilib. BMT QAK-ın 2016-cı il üzrə “Nansen” mükafatına Yunanıstanın Lesbos adasında fəaliyyət göstərən və könüllüləri öz ətrafında birləşdirən “Hellenic Rescue Team” (Yunan xilasetmə komandası) qeyri-hökumət təşkilatı layıq görülüb.

BMT QAK-ın İcraiyyə Komitəsinin 67-ci sessiyası öz işinə oktyabrın 7-də yekun vuracaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır