Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Firudin Nəbiyev: Miqrantların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə sazişlər imzalayıb

Firudin Nəbiyev: Miqrantların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə sazişlər imzalayıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da çıxış edib.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Firudin Nəbiyev yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda qloballaşma prosesinin bütün mütərəqqi cəhətləri ilə yanaşı, miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirdiyini deyib. O bildirib ki, bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarə olunması və bu proseslərin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xidmət rəisi cərəyan edən qloballaşma fonunda Azərbaycan Respublikasının regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeritdiyinə diqqət çəkib. O bildirib: “Bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə gəlib çatıb. Münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 700 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul edilmiş 4 qətnamə təəssüf ki, icra olunmur. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi ilə bağlı beynəlxalq birliyin tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа zəruridir. Beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT agentliklərinə, xüsusən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarlığımızı bildiririk”.

Firudin Nəbiyev deyib ki, məcburi köçkün düşmüş insanların sosial məişət problemlərinin həlli onların köçkündüşmə probleminin həlli demək deyildir. Beynəlxalq ictimaiyyətin səyi ilə məcburi köçkündüşmə halları aradan qaldırılmalı, hərtərəfli ədalətli mövqe nümayiş etdirilməli, insanların sülh və təhlükəsizlik şəraitdə yaşaması təmin edilməlidir.

Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğunu vurğulayan Xidmət rəisi əlavə edib ki, Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Bu gün üçün görülən tədbirlərin əsasən, ölkə daxilində miqrantların fəaliyyətinin leqallaşdırılmasına və qanuni miqrasiyanın təbliğinə yönəldiyini söyləyən F.Nəbiyev qeyd edib ki, qanuni miqrasiya bütün miqrantların və onların ailə üzvlərinin hüquqlarının tam qorunması üçün zəruridir.

Xidmət rəisi deyib: “Enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, Azərbaycanda mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas amillərdir. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən heç də az əhəmiyyət kəsb etməyən amil kimi qeyd edilməlidir. Bununla əlaqədar olaraq vurğulanmalıdır ki, bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Bu xüsusda, biz qaçqın və miqrant dalğası fonunda islamofobiya meyillərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı öz dərin narahatlığımızı ifadə etmək istərdik”.

F.Nəbiyev onu da əlavə edib ki, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. Belə ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarus ilə ikitərəfli sazişlər mövcuddur. Hazırda bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir. Miqrantların, o cümlədən digər ölkələrdə miqrant həyatı yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi, sosial müdafiəsi, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir. Bundan əlavə, ölkəmiz Avropa İttifaqı və Norveç ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılması həyata keçirilməklə, onların insan hüquqlarının müdafiəsi də təmin edilir. Bir sıra digər ölkələrlə də belə sazişlərin imzalanması istiqamətində işlər davam etdirilir.

BMT-nin “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasına qoşulmuş Azərbaycan Respublikasının milli qanunvericiliyi Konvensiyanın tələblərinə tam uyğunlaşdırılması işini yekunlaşdırmaq üzrə olduğunu deyən Xidmət rəisi vurğulayıb ki, bu da ölkəmizin miqrantların, əsasən də əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmini istiqamətində atdığı ən mühüm addımlardan biridir. O, miqrantlar üçün əsasən təyinat ölkəsi olan dövlətlərin həmin Konvensiyaya qoşulmasını bu kateqoriyadan olan böyük sayda miqrantların hüquqlarının pozulmasının qarşısının alınmasında xüsusi əhəmiyyətini də qeyd edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi çıxışının sonunda bildirib ki, miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərini həmrəylik, ksenofobiyaya qarşı mübarizə və birgə səylərlə həll etmək mümkündür. Həmçinin qaçqın və məcburi köçkün problemini yaradan səbəblərin aradan qaldırılması, münaqişələrin həll edilməsi üçün səylər gücləndirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır