Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Firudin Qurbanov: Sort və toxum işini düzgün təşkil etməklə məhsuldarlığı 100-150 sentnerə yüksəltmək mümkündür

Firudin Qurbanov: Sort və toxum işini düzgün təşkil etməklə məhsuldarlığı 100-150 sentnerə yüksəltmək mümkündür

Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində və bu sahənin daha da inkişaf etdirilməsində sort və toxum çox böyük əhəmiyyətə malikdir. Ölkədə aqrar sektorun inkişafına töhfə vermək istəyən, təsərrüfatını daha mənfəətli sahəyə çevirməkdə maraqlı olan hər bir fermer mütləq aqrar mütəxəssislərin məsləhətini dinləməli, yüksək sort və toxum əldə etməli, eyni zamanda, aqrotexniki qaydaları düzgün yerinə yetirməlidir.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin “Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasının müdiri, Əməkdar Kənd Təsərrüfatı İşçisi, biologiya üzrə fəlsəfə doktoru Firudin Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Firudin Qurbanov bildirib ki, hazırda bir çox fermer genetik, yaxud potensial imkanı 30-40 sentner olan toxumlardan istifadə edir. Bu isə o deməkdir ki, bütün aqrotexniki tədbirlər düzgün yerinə yetirildikdə belə həmin bitki fermerə 40 sentnerdən yüksək məhsul verməyəcək. Lakin fermerlər bilməlidirlər ki, əkdikləri toxumdan 100-150 sentner məhsul götürmək mümkündür. Bunun üçün təsərrüfat sahibləri tərəfindən vacib şərtlərə mütləq riayət olunmalıdır. Əvvəla, əkin zamanı yüksək məhsuldarlıq göstəricisinə malik sortlara üstünlük verilməli, ikincisi, səpin keyfiyyəti yüksək olan toxumlar əldə edilməlidir.

“Əgər fermer məhsuldar sortlara və səpin keyfiyyəti yüksək olan toxumlara malikdirsə, məhsulun əkinindən biçininə qədər aqrotexniki tədbirləri həyata keçirərək yüksək məhsuldarlıq əldə edə bilər”, - deyə alim bildirib.

O qeyd edib ki, hazırda təsərrüfatlarda fermerlərin rastlaşdığı ən böyük çətinlik onlarda məhsuldar sortların və yüksək səpin keyfiyyətinə malik toxumların olmamasıdır. Bəzən fermerlər daha gözəl görünüşlü, təmiz və dərmanlanmış, lakin sort olaraq 30-40 il, hətta 50-60 il bundan əvvəl alınmış, bioloji qocalmış toxumlardan istifadə edib, yüksək məhsuldarlığa nail olacaqlarını düşünürlər. Hətta fermerlər mənşəyi bilinməyən, yaxud xaricdən gətirilmiş toxumlardan da istifadə edirlər. Bu cür toxumlar isə tərkibində GMO olma ehtimalına görə riskli toxumlar sayılır. Çox hallarda isə təsərrüfat sahibləri əkin üçün toxumu ya öz məhsulundan götürür, ya da əmtəəlik məhsuldan istifadə edirlər. Göstərilən halların heç birində həmin toxumların sənədi olmur, mənşəyi isə bilinmir. Təbii ki, belə olan halda təsərrüfatçının zəhməti də heç bir səmərə vermir.

Avropa və Amerika ölkələrinin əkində yüksək məhsuldarlıq əldə etmələri ilə fərqləndiyini bildirən biologiya üzrə fəlsəfə doktoru diqqətə çatdırıb ki, bu ölkələrdə bir sortun yaşama müddəti 3-5 ildir. Çünki, yeni alınmış sortlar bir neçə il əkildikdən sonra, daha məhsuldar sortlar yaradılır və fermerlərə təklif olunur. Bu o deməkdir ki, həmin ölkələrdə həm də sortalma işi yüksək səviyyədədir.

Aqrar sahənin inkişafı üçün sort və toxum işinin yüksəldilməsinin vacibliyini vurğulayan F.Qurbanov deyib ki, keçmiş Sovet İttifaqı dövründə hər rayonun bir kolxozu həm də toxumçuluq müəssisəsi kimi fəaliyyət göstərib. Rayon üçün lazım olan əksər bitkilərin toxumu həmin ərazinin torpaq-iqlim şəraiti ilə eyni olan təsərrüfatda yetişdirilib. Daha sonra isə yetişdirilən toxumlar rayonun digər təsərrüfatlarına paylanıb.

“Bu gün hər bir rayonun mikroiqlim xüsusiyyətlərinə uyğun toxumçuluq təsərrüfatlarının fəaliyyətinə ehtiyac var. Ona görə də ayrı-ayrı fermerlər sahələrinin bir hissəsində həmin rayonun torpaq-iqlim şəraitinə uyğun toxumçuluq təsərrüfatlarının yaradılması təşəbbüsü ilə çıxış etməlidirlər”, - deyə Firudin Qurbanov qeyd edib.

Son illər Aqrar Universitetin sort-toxum işində, xüsusən də özünün məhsuldar və yüksək keyfiyyət göstəricilərinə malik “ADAU-80”, “Gəncə”, “Məhsuldar” qarğıdalı, “Qismət” tritikale və “Qırmızı buğda–1”, “Nurcahan”, “Qələbə” yumşaq buğda sortlarının alınmasında böyük uğurlar qazandığını deyən F.Qurbanov bildirib ki, fermerlər bu cür sortları öz təsərrüfatlarında əkməklə daha yüksək məhsuldarlığa nail ola bilərlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH