DÜNYA
“Fitch Ratings” Qətərin kredit reytinqini aşağı salıb
Bakı, 28 avqust, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini azaldıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb. Bildirilir ki, agentlik Qətərin kredit reytinqini bir pillə azaldaraq “AAA” səviyyəsindən “AAA-”yə endirib. Buna səbəb kimi Qətərin qonşu ölkələr ilə diplomatik əlaqələrində yaranan problemlər göstərilib. “Fitch Ratings” “Qətər böhranı”nın yaxın gələcəkdə həll olunmayacağı qənaətindədir.
Səudiyyə Ərəbistanının və bəzi ölkələrin Qətərə qarşı sanksiyalar tətbiq etdiyinə işarə edən “Fitch Ratings” ölkənin geosiyasi risklər ilə üz-üzə qaldığını bildirib. Bildirilir ki, böhran ən çox ölkənin nəqliyyat və turizm sektoruna təsir edəcək.
“Fitch” hesab edir ki, 2016-cı ildə 2,2 faiz iqtisadi artım olan ölkədə bu il həmin göstərici 2 faiz, 2018-2019-cu illərdə isə 1,3 faiz artacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]