İQTİSADİYYAT


“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib

Bakı, 8 fevral, AZƏRTAC

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqləyib.

AZƏRTAC agentliyə istinadla xəbər verir ki, “Fitch Ratings” SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) “BB+”, qısamüddətli defolt reytinqini “B” və təminatsız reytinqini isə “BB+” səviyyəsində təsdiq edib.

“Fitch Ratings”, həmçinin SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə proqnozunu Azərbaycanın suveren reytinqi üzrə proqnozu - “stabil” ilə eyniləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.