DÜNYA


“Fitch Ratings” Yunanıstanın kredit reytinqini yüksəldib

Bakı, 19 avqust, AZƏRTAC

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yunanıstanın kredit reytinqini yüksəldib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch”in internet saytında məlumat verilib. Bildirilir ki, agentlik Yunanıstanın kredit reytinqini bir pillə artıraraq "CCC" səviyyəsindən “B-”yə yüksəldib. Buna səbəb kimi dövlət borcunun davamlılığı proqnozu, iqtisadiyyatda artım gözləntisi və azalan siyasi risklər göstərilib.

Açıqlamada, Yunanıstanın dövlət borcunun Avro Qrupu tərəfindən 2018-ci ildə yüngülləşdirilməsinin gözlənildiyi qeyd edilib. Ölkə iqtisadiyyatının 2017-ci ildə 1,6 faiz və gələn il isə 2,1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Yunanıstanda işsizlik səviyyəsinin və özəl sektora aid borcların da azalacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.