İQTİSADİYYAT
“Fitch Ratings” agentliyi “Expressbank”ın reytinqini “stabil” proqnoz ilə təsdiqləyib
Bakı, 12 mart, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Expressbank”ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, builki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri endirilsə belə, “Expressbank” stabil olaraq qalıb və bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biri hesab olunur.
Agentliyin mütəxəssisləri bildiriblər ki, neftin qiymətinin ucuzlaşdığı və milli valyutanın devalvasiyası dönəmində bank likvidlik baxımından güclü mövqeyə sahibdir. Gələcək qiymətləndirmələr zamanı isə əldə olunacaq nailiyyətlər və göstəricilər nəzərə alınacaq və bu da reytinqin artırılmasına zəmin yaradacaq.
Qeyd edək ki, 2014-cü ilin avqust ayında Fitch Ratings agentliyi reytinq təqdim edərkən bankın ümumi fəaliyyətini qiymətləndirib. Bankın aktivləri, kredit portfeli, əmanətlər, bazardakı mövqeyi, risklərin idarə olunması və digər meyarlar əsas götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]