Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655; 2007, № 6, maddə 595; 2009, № 12, maddələr 948, 954, 968; 2011, № 2, maddə 71; 2014, № 10, maddə 1150; 2016, № 6, maddə 1013; 2017, № 5, maddə 713; 2018, № 4, maddə 641, № 12 (I kitab), maddə 2491) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.1. adına “xidmətinin” sözündən əvvəl “dövlət fitosanitar” sözləri əlavə edilsin;

1.1.2. 3.0-cı maddədən “və xidməti” sözləri çıxarılsın;

1.1.3. 3.0.3-cü maddədə “qaydalarına və normativlərinə” sözləri “normalara” sözü ilə əvəz edilsin;

1.1.4. 3.0-cı maddə 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Dövlət fitosanitar xidməti aşağıdakıları əhatə edir:

3.2.1. fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparılmasını, profilaktika və bitki mühafizəsi sahəsində xidmətlərin həyata keçirilməsini;

3.2.2. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsini;

3.2.3. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasını, sahələrə aqrokimyəvi pasportların verilməsini və kartoqramların hazırlanmasını.”;

1.2. 7-ci maddə üzrə:

1.2.1. 7.2-ci maddəyə “fitosanitar nəzarətini” sözlərindən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə)” sözləri əlavə edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda 7.3-cü maddə əlavə edilsin:

“7.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.”;

1.3. 13.1-ci maddənin birinci cümləsinə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri, ikinci cümləsinə “məntəqələrinin” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4. 22-ci maddə üzrə:

1.4.1. adına “yararsız” sözündən sonra “və istifadəsi qadağan olunmuş” sözləri əlavə edilsin;

1.4.2. 22.1-ci maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi anbarlarda (qəbiristanlıqlarda)” sözləri ilə əvəz edilsin;

1.4.3. 22.2-ci maddə ləğv edilsin;

1.5. 34-cü maddə üzrə:

1.5.1. adına “xidmətinin” sözündən əvvəl “dövlət fitosanitar” sözləri əlavə edilsin;

1.5.2. 34.3-cü maddədə “hüquqi və fiziki şəxslərə göstərilən aşağıdakı dövlət fitosanitar xidmətləri həmin” sözləri “aşağıdakı fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki” sözləri ilə əvəz edilsin;

1.5.3. aşağıdakı məzmunda 34.6-cı maddə əlavə edilsin:

“34.6. Bu Qanunun 34.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44; 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart 1534-VQD, 1538-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD və 1562-VQD nömrəli qanunları) 288.0.1-ci maddəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin