ELM VƏ TƏHSİL
Fizika İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün laboratoriya rəhbərləri, şöbə müdirləri, baş elmi işçilər və aparıcı elmi işçilərin könüllü müraciətlərini nəzərə alaraq elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov həm özünün, həm də onların biraylıq əməkhaqqının 15 faizinin Fonda köçürülməsi haqqında əmr imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]