ELM VƏ TƏHSİL


Fizika İnstitutu: Magistrlər dissertasiya işlərini uğurla müdafiə ediblər

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda magistrlərin dissertasiya işlərinin müdafiəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin magistrləri “Nəzəri və riyazi fizika”, “Yarımkeçiricilər fizikası”, “Radiasiya materialşünaslığı”, “Astrofızika”, “Kvant elektronikası”, “Bioloji sistemlər fizikası”, “Yüksək enerjilər fizikası”, “Bərk cisimlər fizikası” ixtisasları üzrə dissertasiya işlərini uğurla müdafiə ediblər.

Qeyd edək ki, magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış müdafiə şuraları təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.