ELM VƏ TƏHSİL


Fizika İnstitutu “Web of Science” elmi bazasının mükafatına layiq görülüb

Bakı, 6 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science” elmi bazasının əsas nəşr lideri nominasiyası üzrə mükafata layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kristalloqrafiya laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə tədqiqatçılar arasında təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiya üzrə mükafata layiq görülüblər.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunan tədbirdə mükafatlar institutun əməkdaşlarına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.