ELM VƏ TƏHSİL


Fizika İnstitutu əməkdaşlarının 130-dan çox məqaləsi “Web of Science” bazasında yerləşdirilib

Fizika İnstitutu əməkdaşlarının 130-dan çox məqaləsi “Web of Science” bazasında yerləşdirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bu il Fizika İnstitutunun əməkdaşları tərəfindən 315 məqalə çap olunub. Onlardan 145-i xarici jurnallarda, 170-i respublikada yayımlanıb. “Web of Science” və digər bazalarda dərc olunmuş məqalələrin sayı isə 136-dır. Onlardan 122-si yüksək impakt faktorlu jurnallarda, 14-ü isə “Scopus” bazasına daxil olan nəşrlərdə dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın illik hesabat iclasında məlumat verilib. Diqqətə çatdırılıb ki, il ərzində əməkdaşların məqalələrinə 3345 istinad olunub. Elmi müəssisənin alimləri tərəfindən 3 monoqrafiya və 18 preprint dərc edilib.

Fizika İnstitutunun əməkdaşları ölkəmizdə, Türkiyə, Almaniya, Fransa, Yaponiya və ABŞ-da keçirilən beynəlxalq konfrans, konqres və seminarlarda iştirak ediblər. Fizika İnstitutu bir çox elmi seminarlar da təşkil edib.

Hesabat ilində institutun təşkilatçılığı ilə Şuşa şəhərində görkəmli alimlər Lətif İmanovun 100 və Məhəmmədəmin Şahtaxtinskinin 90 illiyinə həsr olunan beynəlxalq konfranslar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.