ELM VƏ TƏHSİL


Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndərin alimlərə göstərdiyi qayğıdan söz açılıb, Ümummilli Liderin Fizika İnstitutuna gəlişi haqqında tarixi məlumat diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Fizika İnstitutunda əsas korpusun girişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilən güşənin açılışı olub. Guşədə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinin fəlsəfəsini əks etdirən stendlər nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.