ELM VƏ TƏHSİL


Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan məlumat verilib.

AMEA-nın prezidenti vəzifəsini icra edən institutun baş direktoru akademik Arif Həşimov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.

İclasda Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının böyük elmi işçisi Faiq Əhmədovun və Qeyri-standart nəzarət və diaqnostika laboratoriyasının kiçik elmi işçisi Asif Əsədovun Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezamiyyət müddətlərinin bir il uzadılması haqqında məsələ müzakirə edilib və yekdilliklə qəbul olunub.

Fizika İnstitutunun laboratoriya rəhbəri və böyük elmi işçisi vəzifələrini tutmaq üçün müraciət edənlərin müsabiqəsinin keçirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib. Epitaksial təbəqələr və strukturlar laboratoriyasının baş elmi işçisi fizika elmləri doktoru Cabir İsmayılova professor elmi adının verilməsi haqqında məsələ müzakirə edilib və yekdilliklə qəbul olunub.

Eyni zamanda, şurada müxtəlif səpkili cari məsələlər müzakirə olunub, həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.