ELM VƏ TƏHSİL


Fizika İnstitutunun elmi təcrübələri məktəblilər tərəfindən maraqla qarşılanıb

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Saatlıda ezamiyyətdə olublar. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqsəd rayon məktəbliləri ilə gənc alimlərin görüşünü təşkil etmək, onlarda fizika elminə maraq yaratmaq və şagirdləri Fizika İnstitutunun fəaliyyəti barədə məlumatlandırmaq olub.

Saatlı rayonu 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Elşən Əzizov gənc alimlərlə şagirdlərin görüşünün əhəmiyyətindən danışıb.

Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova məktəblilərə elmi təcrübələr haqqında məlumat verib. Gündəlik həyatda baş verən bir çox hadisələrin fizika elmi ilə əlaqəsi olduğunu vurğulayıb. Qeyd edib ki, fizikanı bilməklə ətraf aləmdə baş verən bir sıra hadisələri dərindən öyrənmək mümkündür.

Ülkər Səmədova Fizika İnstitutunda magistratura pilləsinin fəaliyyət göstərdiyini, gələcəkdə məktəblilərin təhsilini burada davam etdirmək imkanları olduğunu bildirib.

Sonda şura üzvləri məktəblilərə müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.