ELM VƏ TƏHSİL
Fizika İnstitutunun gənc tədqiqatçısı İtaliyada təlimdə iştirak edib
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Bionanostrukturlar fizikası” laboratoriyasının kiçik elmi işçisi Teymur Orucov İtaliyanın Parma şəhərində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi FTİR cihazı üzrə təlim keçmək olub. Təlim IMEM-CNR İnstitutu və Parma Universitetində təşkil olunub. Bir həftəlik ezamiyyət müddətində T.Orucov təcrübələr aparıb və nəticələrin müzakirəsində fəal iştirak edib. Ezamiyyət NATO - Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin elan etdiyi müsabiqədə qalib olmuş 3 illik (2018-2021-ci illər üçün) layihə (“İnsanın iştirakı olmadan partlayıcı aşkarlamaq üçün portativ sensorlar”) çərçivəsində reallaşıb.