ELM VƏ TƏHSİL


Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri təhsildə yüksək nəticələr əldə edirlər

Bakı, 10 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri təhsildə yüksək nəticələr əldə edirlər.

Liseydən AZƏRTAC-a bildirilib ki, 2021-2022-ci tədris ili üzrə təhsil müəssisəsinin XI sinif məzunlarından 8 nəfəri - Toğrul Abbasov, Səbuhi Ağayev, Maisə Babayeva, Amin Cəfərzadə, Nihat Mahmudov, Şamil Mantaşlı, Nihat Məmmədli, Nicat Nəsibov qızıl nişana, 3 nəfəri - Rüfət Məmmədov, Yağmur Novruzlu, Vüsət Orucov gümüş nişana layiq görülüb.

Bu il liseyi 99 şagird bitirib, onlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.