ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Bakı, 12 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili fənləri üzrə qəbul və buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin üçüncü məşğələləri keçirilib.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Fizika fənni üzrə moderator Əlövsət Rəcəbli ali təhsil müəssisələrinə qəbul imtahanları üçün situasiya tapşırıqlarının və onların meyarlarının hazırlanması barədə, rus dili (tədris dili) fənni üzrə moderator Viktoriya Ələkbərova isə ümumi orta təhsil (9 illik) bazası üzrə buraxılış imtahanları üçün mətnlərin, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının dördüncü məşğələsi növbəti həftə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.