ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə hazırlıq kursunun sonuncu məşğələsi təşkil edilib

Bakı, 23 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (tədris dili) fənləri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun üçüncü mərhələsinin (praktik) yekun məşğələsi keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

Məşğələdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar buraxılış və qəbul imtahanlarında istifadə edilən, cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq regional bölməsində kalibrləmə prosesindən keçəcəklər.

Müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.