ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, fizika fənnindən iclasın gündəlik məsələsi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramın müzakirəsi olub. Rus dili fənnindən isə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Müzakirə noyabrın 3-də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.