ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə imtahan tapşırıqları müzakirə edilib

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Dövlət İmtahan Mərkəzində fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, fizika fənni üzrə iclasda müzakirə edilən 7 qapalı, 8 açıq tipli (cavabı kodlaşdırılan 4 hesablama, 1 seçim tipli və cavabı yazı ilə ifadə olunan 3 situasiya tapşırığı) tapşırığın hər biri (I ixtisas qrupu üzrə 46-60 saylı, IV ixtisas qrupu üzrə 76-90 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi avqustun 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsində – III ixtisas qrupunda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan müqayisəli təhlili olub.

İclasda müzakirə edilən 14 qapalı tapşırığın hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Noyabrın 18-də müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.