ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə imtahan tapşırıqları müzakirə edilib

Bakı, 18 noyabr, AZƏRTAC 

Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, fizika fənni üzrə iclasın gündəlik məsələsi 2020-ci il avqustun 21-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.

İclasda 15 qapalı tipli tapşırığın (I ixtisas qrupu üzrə 31-45 saylı, IV ixtisas qrupu üzrə 61-75 saylı) hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi isə 9 illik və 11 illik təhsil bazalarında buraxılış imtahanı modelləri üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan müzakirəsi olub. Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

Noyabrın 25-də keçiriləcək növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.