CƏMİYYƏT


Fiziki hərəkətlər yaddaşı yaxşılaşdırır

Bakı, 14 fevral, AZƏRTAC

Mütəmadi fiziki hərəkətlər sağlam həyat tərzinin əsas komponentidir, lakin onların üstünlükləri əzələlərin güclənməsindən və çəki itkisindən daha yüksəkdir.

AZƏRTAC “Medical Forum”a istinadla xəbər verir ki, Merilend Universitetinin alimləri gündə 30 dəqiqəlik hərəkətin yaddaşı yaxşılaşdırdığını müəyyənləşdiriblər.

Onların araşdırması Beynəlxalq Neyropsixoloji Cəmiyyətinin jurnalında dərc edilib. Məqsəd, məşq və idrak funksiyaların arasındakı əlaqəni anlamaqdır.

Uzun məşqlərin idrak funksiyalarına təsirinə aydınlıq gətirmək üçün alimlər məşq seansından sonra semantik yaddaş tapşırığı zamanı beynin aktivləşməsini araşdırıblar. Onlar 26 iştirakçı (55 yaşdan 85 yaşa qədər) cəlb ediblər, nəzarət üçün funksional maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə olunub.

Sürətli hərəkətlər yaddaşın aktivləşməsinə səbəb olub. Alimlər iştirakçıların xüsusi düşərgəsində fiziki hərəkətlərdən sonra istirahət ilə müqayisədə daha böyük aktivləşmənin baş verdiyini müəyyən ediblər. Tədqiqatçılar düşünürlər ki, fiziki məşqlər neyrotransmitterlərə, sinir sisteminin böyüməsinə, ümumi beyin fəaliyyətində əsas rol oynayan qısamüddətli amillərə təsir edir. Bu təsir sinir aktivləşməsinin artmasına səbəb olur.

Müəlliflər izah edirlər: “Əzələ hərtərəfli fəaliyyətə uyğunlaşdığı kimi, xatirələri daha effektiv canlandırmaq, funksionallığı təmin etmək və adaptasiya olmaqla yanaşı, neyron sinir sisteminin xüsusi fəaliyyətini çevikləşdirə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.