CƏMİYYƏT


Fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil edilib

Bakı, 31 iyul, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) fiziki məhdudiyyətli gənclərin bir qrupunun Şamaxı rayonuna ekskursiyasını təşkil edib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi fiziki məhdudiyyətli və sağlam gənclərin birgə iştirak etdikləri belə layihələrlə onların sosial fəaliyyətlərinin, intellektual qabiliyyətlərinin və ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Ekskursiya müddətində müxtəlif maraqlı tədbir, oyun və müsabiqələr təşkil olunub. Şamaxı rayonunun füsunkar təbiəti ilə tanışlıq, asudə vaxtın səmərəli təşkili gənclərdə xoş təəssürat oyadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.