CƏMİYYƏT


Fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüş keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Kəlbəcər rayonundan olan fiziki məhdudiyyətli istedadlı insanlarla görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə 10-dək şəxs iştirak edib. C.Qurbanov xüsusi diqqətə ehtiyacı olan şəxslərin sosial qayğıları ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.

Görüşdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həmin şəxslərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və reabilitasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib.

Sonda görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd edilir. Azərbaycan 2008-ci ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.