İQTİSADİYYAT


Fiziki şəxslər muzdlu işlə bağlı nə qədər vergi ödəyir?

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir nəzərdə tutulur.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində gəlir vergisi tutulur.

Həmçinin fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30 min manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.