İQTİSADİYYAT


Fiziki şəxslərdən kənd təsərrüfatı malları hansı qaydada alınmalıdır?

Bakı, 3 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinə və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə əsasən, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən bu məhsulların qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı malları istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun müvafiq maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər.

Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.