İQTİSADİYYAT


Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Bakı, 24 yanvar, AZƏRTAC

Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) dekabrda əvvəlki ayla müqayisədə 1,7 faiz (151,5 milyon manat), ötən ilin müvafiq dövrünə nəzərən isə 12,3 faiz (987,8 milyon manat) artaraq 9 milyard 32,4 milyon manat təşkil edib (tarixi maksimum).

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, əmanət portfelinin 59,1 faizi (5 milyard 339 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 9,8 faiz bəndi azalaraq 41 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.