ELM VƏ TƏHSİL


Fiziologiya İnstitutu gənclər təşkilatı ilə birgə elmi-təcrübə proqramları həyata keçirəcək

Fiziologiya İnstitutu gənclər təşkilatı ilə birgə elmi-təcrübə proqramları həyata keçirəcək

Bakı, 9 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan Elm və İnnovasiya Könüllüləri Gənclər Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən Ulduz Həşimova qeyd edib ki, gənclərin elmə marağının artırılmasında maraqlıdır və onların fəaliyyətinə hər zaman dəstək olub.

Daha sonra çıxış edən gənclər təşkilatının sədri Cavid Quliyev bildirib: “Bizim əsas məqsədimiz Azərbaycanda elmin inkişafı və gənclərin elmə marağını artırmaqdan ibarətdir. Fəaliyyətimiz dövründə bur sıra uğurlu layihələr həyata keçirmişik. Hazırda Mikrobiologiya, Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar institutları ilə işləyirik. Fiziologiya İnstitutu ilə birlikdə elmi-təcrübə proqramlarının həyata keçirilməsinə hazırıq”.

Sonda gənc könüllülərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.