ELM VƏ TƏHSİL


Fiziologiya İnstitutunda yararsız kağızların toplanması üzrə növbəti aksiya keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda kağızdan qeyri-rasional istifadə, onun emalı problemlərinə və respublikanın meşə sərvətinin qorunmasına diqqətin cəlb edilməsi məqsədilə makulaturanın (yararsız kağız) toplanması aksiyası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 10 ay müddətində institut əməkdaşları tərəfindən müəssisənin ərazisində təşkil edilmiş məntəqəyə 1,5 ton makulatura təhvil verilib.

Qeyd edək ki, 1 ton makulaturanın emal edilməsi oduncaqdan istifadə olunması ilə müqayisədə 20 min litr suya, 1000 kilovat elektrik enerjisinə qənaət edilməsinə və 1700 kiloqram karbon qazının atmosferə tullanmasının qarşısının alınmasına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.