ELM VƏ TƏHSİL


Fiziologiya İnstitutunun əməkdaşı M.V.Lomonosov adına medala layiq görülüb

Bakı, 3 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov ətraf mühitin problemlərinin və təhlükəsizlik məsələlərinin həlli yollarının və vasitələrinin inkişafına verdiyi töhfələrə görə M.V.Lomonosov adına medala layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda qərar qəbul olunub.

Qeyd edək ki, Qriqori Palatnikov 40 ildən çoxdur Fiziologiya İnstitutunda çalışır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir. O, 2018-ci ildən Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.