DÜNYA


Flandriya parlamentinə anonim zəngin müəllifinin şəxsiyyəti müəyyən edilib

Brüssel, 9 oktyabr, AZƏRTAC

Dünən zəng edib Flandriya parlamentində partlayıcı qurğu qoyulması barədə saxta informasiya vermiş adamın şəxsiyyəti müəyyən edilib. AZƏRTAC xəbər verir ki, bu kişi Şərqi Flandriyada Gent şəhərinin sakinidir. Şübhəli şəxs saxlanılıb, hazırda onu dindirirlər. O etiraf edib ki, parlamentin binasında heç bir bomba olmayıb.

Zəng nəticəsində qanunverici orqanın işi dayandırılıb, binada olan insanların hamısı təxliyə edilib.

Dünənki zəng polis tərəfindən ciddi qəbul edilib, çünki Brüsseldəki Kürd İnstitutunun yaradılmasının 40-cı ildönümünə həsr olunmuş qəbul həmin gün elə bu binada keçirilməli idi.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.