QAN YADDAŞI


Florensiya Şəhər Şurasında 20 Yanvar faciəsindən danışılıb

Roma, 21 yanvar, AZƏRTAC

Florensiya Şəhər Şurasında “İtaliya qardaşları” partiyasının qrup rəhbəri Alessandro Draqi Şuranın son iclasında 20 Yanvar faciəsi ilə bağlı çıxış edib.

Qrup rəhbəri Qanlı Yanvar hadisələri ilə bağlı “İtaliyadakı Azərbaycan İcması” təşkilatının rəhbəri Turan Sadiqi tərəfindən məlumatlandırıldığını, Qərb dünyasında geniş kütlənin bu faciə barədə çox da xəbərdar olmadığını, həmin hadisələrin xatırlanmasının vacib olduğunu bildirib. O, bu faciənin Qızıl Ordu tərəfindən törədildiyini, müstəqil olmağı qarşısına məqsəd qoyan Azərbaycan xalqının iradəsini qırmaq, üsyanlarını yatırmaq məqsədi daşıdığını qeyd edib. Xüsusilə 27 yaşlı İlhamla həyat yoldaşı Fərizənin faciəvi hekayəsindən təsirləndiyini bildirən A.Draqi çıxışına Turan Sadiqinin sözləri ilə davam edib: “Tariximizin ən ağrılı gecələrindən birini yaşadıq, amma bu gecə bizə azad gələcək təmin etdi. Mənim millətim çox işgəncələrə, haqsızlıqlara və bir çox amansız qətliamlara məruz qalıb, amma heç bir zaman azadlıq uğrunda mübarizədən geri çəkilməyib”.

Qrup rəhbəri çıxışının sonunda Şura üzvlərini 20 Yanvar şəhidlərinin, o cümlədən faciədə həyatını itirmiş qadın və uşaqların xatirəsini anmağa çağırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.