MƏDƏNİYYƏT


Florian Zenqstşmid: Dünya Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlığımızı davam eydirməliyik

Bakı, 7 dekabr, AZƏRTAC

Yeni yaranan Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı tək sertifikatlarla məşğul olmayacaq, eyni zamanda, bazarın tələblərinə əsasən nəzəri və praktik hissəni təşkil edəcək, təlimlər həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid deyib.

“Turizm bələdçiləri dəyər zəncirinin və ölkəmizə səyahət edən turistlərin məmnuniyyətinin mühüm hissəsini təşkil edir. Çünki turizm bələdçisinin turistə verdiyi informasiya nəticəsində turistin əldə etdiyi təəssüratlar çox önəmlidir. Buna görə də Dünya Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlığımızı davam etdirməliyik”,- deyə Florian Zenqstşmid bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.