Florian Zenqstşmid: Polşa turistləri üçün Bakıda gəzinti turu hazırlanıb
AzerTAg.az

Bakı, 17 fevral, AZƏRTAC
Polşa turistləri üçün Bakıda gəzinti turu hazırlanıb, həmçinin yol xəritəsi tərtib edib. Həmin xəritə əsasında turistlər Polşa əsilli memarların ucaltdığı abidələrlə tanış ola biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Polşa memarlarının Azərbaycanda ucaltdığı abidələrə həsr olunmuş layihənin təqdimatında deyib.
“Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb. Hazırlanan broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq abidələri göstərilib. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memarı - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur. Burada, həmçinin XX əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.
“Broşürlə, həmçinin https://azerbaijan.travel saytında da tanış olmaq mümkündür. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq”, - deyə Florian Zenqstşmid əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var