ELM VƏ TƏHSİL
Floribunda qızılgüllərinin bioloji xüsusiyyətlərinə dair kitab nəşr olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovanın “Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri“ kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, kitabda “Rosa L. Cinsinin” floribunda bağ qrupu qızılgüllərinin Abşeron şəraitində introduksiyası, seleksiyası və onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair çoxillik tədqiqat işlərinin nəticələri təqdim olunur. Mərkəzi Nəbatat Bağında floribunda qızılıgüllərinə aid 131 sortun kolleksiya genofondu yaradılıb, introduksiya zamanı onların adaptasiya potensialı qiymətləndirilib.
Rus dilində tərtib olunmuş kitab botaniklər, elmi işçilər, doktorantlar, tələbələr və məktəblilər üçün nəzərdə tutulub.