DÜNYA


Florida-Kis arxipelaqında katerin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb VİDEO

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

Mayami-Deyd (ABŞ) yanğın-xilasetmə xidmətinin məlumatına görə, bazar günü Yuxarı Florida-Kisdə qayığın dirəyə çırpılması nəticəsində bir yeniyetmə ölüb, təxminən 12 nəfər xəsarət alıb.

AZƏRTAC xilasetmə xidmətinin bəyanatına istinadla xəbər verir ki, içərisində 14 nəfər, o cümlədən 12 həddi-büluğa çatmayan şəxs olan 28 fut uzunluğunda kater Floridanın şimalında yerləşən Boka-Çita adası yaxınlığında, Biskeyn milli parkının ərazisində kanalın markeri ilə toqquşaraq, aşıb. Zərərçəkənlərdən dördünü xəstəxanaya helikopterlə çatdırmalı olublar.

Mayami Arxiyepiskopluğunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Meri Ross Aqostun sözlərinə görə, katerdə iki katolik məktəbin şagirdləri olub. Rəsmi şəxslər 17 yaşlı qızın aldığı zədələr nəticəsində öldüyünü təsdiqləyiblər.

 
AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.