DÜNYA
Floridada orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər ölüb
Vaşinqton, 15 fevral, AZƏRTAC
Florida hüquq mühafizə orqanlarının məlumatına görə, Parkland şəhərində yerləşən orta məktəbdə bir gəncin atəş açması nəticəsində azı 15 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Stounman Duqlas adına məktəbdə baş verən atışma nəticəsində yaralananların 14-ü Parkland xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti haqqında məlumat yayılmayıb.
Atışmada şübhəli bilinən 18 yaşlı gənc həbs olunub. Onun hazırda bu məktəbdə oxumadığı bildirilir. Öz bəyanatında polis şerifi şübhəli bilinən şəxsin vaxtilə bu məktəbdə təhsil aldığını təsdiqləyib, lakin məktəbi nə vaxt tərk etməsini bilmədiyini deyib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]